Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:12

«Şərq»: «Onu bağışlamaq olarmı?»


«Yeni Müsavat» qəzetindəki «Vasif Talıbov müdafiəsiz qalıb» başlıqlı məqalədə bildirilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qəzetdə işıq üzü görən eşq hekayəti cəmiyyətdə rezonans doğurub. Türkiyəli biznesmen Ömər Dilsizin iddiasına görə, Talıbov onun həyat yoldaşı Zibeydə Dəmirovanı öz məşuqəsinə çevirib. Ömər Dilsiz hətta televiziya vasitəsilə Türkiyənin Milli İstihbarat Təşkilatına müraciət edərək, Vasif Talıbovla bağlı dövlət əhəmiyyətli məlumatlara malik olduğunu bəyan edib. Müəllifə görə, əslində, Dilsizin dediklərinə ilk reaksiyanı Azərbaycan hökuməti verməli idi. Amma görünür, Azərbaycan iqtidarının ən yüksək pillələrində Talıbovun vurulması prosesinə xeyir-dua verildiyindən, Naxçıvan «xanı» müdafiəsiz qalıb. Müəllifin yazdığına görə, artıq Naxçıvanda V.Talıbovun tezliklə vəzifəsindən gedəcəyi ilə bağlı söhbətlər dolaşır. Onun yerinə gətirilə biləcək şəxslərin də kimliyi müəyyənləşdirilib. Bəzi mənbələrin məlumatına görə, Talıbovu Naxçıvan Ali Məclisinin deputatı Anar Qasımov əvəz edəcək.


«Bakı-Xəbər» qəzetində noyabrın 14-də Avropa Birliyinin paytaxtı sayılan Brüsseldə təşkilatla Cənubi Qafqaz ölkələrinin hər üçü arasında imzalanmış tərəfdaşlıq və əməkdaşlıq sazişinə dair şərh dərc olunub. Müəllif yazır ki, beş il müddətinə nəzərdə tutulan Fəaliyyət Planı Cənubi Qafqaz ölkələrinin, o cümlədən Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatının bir çox sahələrində, sosial sferalarda, insan hüquqları məsələlərində ciddi islahatları nəzərdə tutur. Ekspertlər hesab edir ki, Azərbaycan nəzərdə tutulan bütün müddəaları dəqiqliklə yerinə yetirsə, ölkə vətəndaşlarının həyat səviyyəsi Avropa standartlarına yaxınlaşa bilər. Bununla yanaşı, demokratik meyarların bərpa olunmasında da Azərbaycanın dünya standartlarına yaxınlaşa biləcəyi vurğulanır. O da qeyd edilir ki, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla yanaşı, Avropa Birliyi simasında, demokratiya məsələlərinə görə, Azərbaycan hakimiyyətinə təsir göstərən daha bir qurum meydana gəlib. Qafqaz üzrə Avropa Komissiyasının koordinatoru Pyer Pusimi bildirir ki, Avropa Birliyi Azərbaycanda insan haqları sahəsində yaranmış vəziyyətə göz yummaq niyyətində deyil.


«Yeni Azərbaycan» qəzeti yazır ki, İqtisadi İnkişaf Nazirliyi iş adamları tərəfindən təqdim olunan layihələrin həyata keçirilməsində meydana çıxan bürokratik əngəllərin aradan qaldırılması üçün tədbirləri gücləndirmək qərarına gəlib. Nazir Heydər Babayev bildirib ki, bəzi hallarda sahibkarların təklif etdiyi layihələrə baxılarkən bürokratik əngəllər yaranır: «Biz əmin edirik ki, bundan sonra belə hallar olmayacaq. Daxil olan bütün təkliflər eyni qaydada, heç kimə üstünlük verilmədən qiymətləndiriləcək». Nazirlik təsisçisi olduğu Dövlət İnvestisiya Şirkətinə daxil olan layihələrə daha çox diqqət edəcək. Azərbaycanda yaradılacaq sənaye şəhərciyinin salınmasında İnvestisiya Şirkətinin maliyyə resursları ilə bərabər, xarici maliyyə təşkilatlarının birbaşa sərmayələrindən istifadə olunacaq. 2007-ci ildə hansı mənbə olursa-olsun, hökumət azad sənaye şəhərciklərinin yaradılmasına start verməkdə israrlıdır. Bundan başqa, azad iqtisadi zonaların yaradılması da hazırda nazirlikdə əsas müzakirə edilən layihələr sırasındadır. Yaxın zamanlarda ölkədə məişət tullantıları emal edən zavodun tikintisi də reallaşacaq.


«Şərq» qəzetindəki «Onu ba­ğış­la­maq olar­mı?» başlıqlı məqalədə bildirilir ki, Nardaran kən­din­də ke­çi­ri­lən eti­raz ak­si­ya­sın­da «Sə­nət» qə­ze­ti­nin ya­za­rı Ra­fiq Ta­ğı­ya ölüm hök­mü kə­sil­mə­si sö­zü­ge­dən nəşrin bü­tün əmək­daş­la­rı­nı cid­di şə­kil­də hə­yə­can­lan­dı­rıb. Öz mə­qa­lə­sin­də is­lam pey­ğəm­bə­ri Mə­həm­məd sa­la­va­tul­la­hı təh­qir edən qə­ze­tin əmək­da­şı Ra­fiq Ta­ğı ha­ra­da ol­ma­sı­nı giz­lə­dir, te­le­fo­nuna ca­vab ver­mir. Qə­ze­tin baş re­dak­to­ru Sa­mir Sə­da­qə­toğ­lu da onu ara­ma­ma­ğı məs­lə­hət gö­rür: «Hə­qi­qə­tən, çə­tin du­rum­da­yıq. Hə­ya­tı­mız üçün təh­lü­kə ya­ra­nıb. İs­la­mın gö­zəl si­fət­lə­rin­dən bi­ri də ba­ğış­la­maq­dı. İn­di bir səhv­di olub. Biz də səh­vi­mi­zi eti­raf et­mi­şik. Də­fə­lər­lə üzr is­tə­mi­şik. An­caq bu in­san­lar bi­zi ba­ğış­la­maq is­tə­mir. Biz ye­nə üzr­xah­lıq edi­rik»,- de­yən S.Sə­da­qə­toğ­lu re­dak­si­ya­ya olan hü­cum­dan son­ra ar­dı-ara­sı kə­sil­mə­yən hə­də­lə­yi­ci te­le­fon zəng­lə­ri­nə bir qə­dər ara ve­ril­di­yi­ni də söy­lə­di. Baş re­dak­tor bil­dir­di ki, Res­pub­li­ka Pro­ku­ror­lu­ğun­da qal­dı­rıl­mış ci­na­yət işi ilə bağ­lı din­dir­mə­də iş­ti­rak edər­kən təh­lü­kə­siz­lik­lə­ri­nin tə­mi­na­tı­nı da xa­hiş edib. Nar­da­ran kənd sa­kin­lə­ri­nin­sə möv­qe­yin­də isə hə­lə ki də­yi­şik­lik yox­dur.


XS
SM
MD
LG