Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:23

Günü 30 min avroya ev tutan azərbaycanlı


Fransanın məhşur telekanallarından birində "Enquete exclusive" (xüsusi araşdırma) verilişi efirə gedərkən azərbaycanlılardan bəhs edilib.

Modern.az saytı xəbər verir ki, verilişdə İspaniyanın cənubunda yerləşən Marbella kurort şəhəri haqda maraqlı süjet hazırlanıb. Bura gələn zənginlər, ulduzlar barədə danışılıb, onların necə dincəldiyi göstərilib.

Verilişdə jurnalist kurort şəhərindəki bir villa haqda məlumat verib. Villa Del Mar adlı bu malikanədə bir gəcənin qiymətinin 30 min avro olduğu bildirilir.

Villanı jurnalistlərə göstərən sahibi orada dincələnlərin olduğunu və yenicə getdiklərini deyib, ancaq onlar darvazadan çıxan zaman özlərini vəavtomobillərinin nömrələrini çəkməməyi xahiş edib.

Villa sahibi yalnız onu qeyd edib ki, bu müştərilər azərbaycanlılardır və burada 12 gün qalıblar.

XS
SM
MD
LG