Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:15

Türk futbolçu ən yüksək zirvədə


Arda Turan Bakıda. Mətbuat konfransı, 29 aprel 2013-cü il.

Arda Turan Bakıda. Mətbuat konfransı, 29 aprel 2013-cü il.

Dünyanın məşhur futbol komandalarından olan «Barcelona» «Atletico»nun (Madrid) türk futbolçusu Arda Turanı aldı.

«Barcelona»nın rəsmi internet saytı bildiri ki, komanda Arda Turan üçün illik 7 milyon avro olmaqla 5 illik müqavilə imzalayıb. Bunun üçün 34 milyon avro ödəyib.

Arda Türkiyənin ən bahalı transferi oldu

Arda Turanın meneceri Ahmet Bulut müqavilə haqqında bunları deyib: «Arda dünyanın ən böyük komandasına transfer oldu. İndi İstanbuldayıq. Arda da çox sevinir. Çix inanılmaz hisslərdir. Arda Türkiyənin ən bahalı transferi oldu».

«Barcelona» Arda Turanı transfer etdiyini onun «Barcelona» forması geymiş şəkli ilə Twitter hesabından türkcə «Xoş gəldin, Arda» yazısı ilə elan edib.

«Barcelona»nın rəsmi sayt Ardanı tanıdarkən yazır ki, bu futbolçu İstanbulun «Galatasaray» komandasında parlayıb, «Atletico»nun uğurlarında əsas açar olub. «İndi də orta xətdəki uğurunu və gücünü göstərmək üçün Barcaya gəlir».

Müqaviləyə görə, «Barcelona» Arda Turan üçün «Atletico»ya 34 milyon avro ödəyəcək. Əgər gələn mövsüm Barcelona Çempionlar Liqasında dörddə bir finala, ya da yarımfinala çıxarsa, liqada çempion adını qazanarsa, əlavə daha 7 milyon avro ödəyəcək.

Əvvəl «Galatasaray» komandasında oynadığı üçün komanda bu transferdən 2 milyon 50 min avro yetişdirmə qarşılığı alacaq.

«Əlvida sehrbaz»

«Atletico» Ardaya vida mesajında yazır: «Unudulmayacaq 4 ili birlikdə keçirdik. Əlvida sehrbaz. Təşəkkürlər, Arda».

2013-cü ilin aprelində Arda Turan «Atletico» komandası ilə birlikdə Bakıda olub. «Atletico» həmin vaxt «Bakı» futbol klubu ilə yoldaşlıq oyunu keçirmişdi. Həmin vaxt «Atletico»nu İlham Əliyevə qəbul edəndə Arda Turan komandasının 10 nömrəli formasını İlham Əliyevə hədiyyə etmişdi.

Kiçik «Bayrampaşa»dan nəhəng «Barcelona»ya qədər

Arda Turanın futbol karyerası İstanbulun «Bayrampaşa» komandasında başlayıb.

1999-cu ildə «Bayrampaşa»da oynadığı vaxt «Galatasaray»ın seçimlərində iştirak edib və «sarı-qırmızı»lı olub. 2006-cı ildə Manisaspor komandasında yarım sezon oynayıb. Bundan sonra yenidən «Galatasaray»a qayıdıb. Bu komanda da kapitanlığa qədər yüksəlib. Türkiyə milli yığmasının əsas üzvlərindən olub.

2011-ci ilin yayında «Atletico»dan transfer təklifi aldı. 12 milyon 500 min avro qarşlığında İspaniyaya getdi. İyulun 5-də isə Türkiyə futbolunun ən bahalı futbolçusu adını da aldı.

«Barcelo»nanın ən dörd bahalı futbolçusundan biri

Arda «Barcelo»nanın ən dörd bahalı futbolçularından oldu. Komanda Neymar üçün 83 milyon 500 min, Luis Suarez üçün 81 milyon, İbrahimovic üçün 69 milyon 500 min avro ödəmişdi.

Bundan əvvəl Arda «Barcelona»da oynamaq arzusunu «Messiyə pas atmaq pis olmazdı» deməklə bildirmişdi. İndi arzusunu həyata keçirə biləcək.

4 il əvvəl «Atletico»ya keçəndə «Real» və «Barcelona» böyük komandalardı, ancaq onlar da insandır» deyəndə İsapaniya jurnalistləri ona gülmüşdü.

İndi Arda Turan «Barcelo»nada Messi, Neymar və Luis Suarez ilə birlikdə «Barcelona» forması geyinəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG