Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:53

İran raketlərlə bağlı tələb irəli sürür


Vyanada nüvə danışıqları

Vyanada nüvə danışıqları

-

İyulun 6-da İranın nüvə danışıqlarında ölkənin ballistik nüvə proqramına BMT-nin sanksiyaları ilə bağlı mübahisə yaranıb. Hazırda Tehranla dünyanın altı dövləti arasında nüvə danışıqları gedir.

Ballistik raketlər indiyədək danışıqlarda müzakirə olunmayıb, apreldə əldə edilmiş çərçivə sazişinə də salınmayıb. “İranlılar ballistik raket sanksiyalarının qaldırılmasını istəyir,” bir Qərb rəsmisi deyib. “Ancaq bizim buna həvəsimiz yoxdur”.

İranın yüksək rütbəli rəsmisi isə Vyanada jurnalistlərə deyib ki, Tehran BMT-nin böyük silah embarqosunun ləğvini də istəyir. Bir qərb diplomatı isə “bu məsələnin gündəmdə olmadığını” deyib.

Birləşmiş Ştatlar və digər qərb dövlətləri İranın adi silahlara çıxışına məhdudiyyətləri saxlamaq istəyir. Çünki İran Yaxın Şərq, Yəmən və Livanda yaraqlıların fəaliyyətini əsas dəstəkləyənlərdən sayılır.

Birləşmiş Ştatlar apreldə elan edib ki, BMT-nin İran üzrə qaydalarına “adi silahlar və ballistik raketlərə dair mühüm məhdudiyyətlər” əlavə olunacaq. Bu məhdudiyyətlər Konqresin nüvə razılaşmasına dəstəyini saxlamaq üçün də vacibdir.

İranın danışıqlarda təmsilçisi deyib ki, “İran hüquqlarına təkid edir və bildirir ki, BMT sanksiyaları qaldırılanda ballistik raketlər də daxil olmaqla bütün sanksiyalar ləğv olunmalıdır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG