Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:38

-

İranla böyük dövlətlərin nüvə danışıqları iyulun 6-da gecəyədək davam edib. Tərəflər danışıqlar üçün daha çox vaxt lazım gələcəyini deyiblər.

Ağ Ev bildirib ki, son tarixin iyulun 7-dən o tərəfə bir dəfə də çəkilməsi “tamamilə mümkündür”.

Vyanada İranı təmsil edən rəsmi deyib: “Hətta iyulun 9-nu keçsək belə, bu, dünyanın sonu olmayacaq”.

Danışıqların vaxtı artıq bir dəfə uzadılıb. Əvvəlcə iyunun 30-u son tarix qoyulmuşdu.

“Hələ də hədəfə çatmamışıq. Həll olunmamış mühüm sualları aşağı qiymətləndirə bilmərik. “Nəyin bahasına olsa razılaşma” olmayacaq,” alman mənbə deyib. “Vacib sahələr üzrə hərəkət əldə edilməsə, uğursuzluq istisna deyil”.

Günün bütün mövzuları

XS
SM
MD
LG