Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:45

Amnesty Balkanlarda miqrantlara münasibəti pisləyir


Makedoniyada miqrant ailəsi

Makedoniyada miqrant ailəsi

-

İyulun 7-də Amnesty International hüquq müdafiə təşkilatı Balkan ölkələrini onların ərazisindən Avropa Birliyinə üz tutan miqrantlarla pis rəftar etməkdə qınayıb. Həmin şəxslərin “utancverici şəkildə alçaldıldığını” qeyd edib.

“Balkanlardan keçən, uşaqlar da daxil olmaqla minlərlə qaçqın, sığınacaq axtaran və miqrant hakimiyyətin və cinayətkar qrupların zorakı münasibətinə və qarətinə məruz qalır,” qurum yaydığı hesabatda bildirir.

Təşkilat müharibədən, yoxsulluqda və təqibdən qaçan miqrantların AB sığınacaq və miqrasiya sistemi tərəfindən alçaldıldığını, Serbiya və Makedoniyada müdafiəsiz qaldığını vurğulayır.

Amnesty-nin Avropa və Orta Asiya üzrə direktor müavini Gauri van Gulik Balkan ölkələrini “AB-də heç kəsin qəbul etmək istəmədiyi qaçqın və miqrant axını üçün sığınacaq” adlandırıb.

Miqrantların çoxu quruma deyib ki, onlar Balkanlardan keçərkən polisə 100 avroyadək rüşvət verməli olurlar.

Ötən ay Serbiya polisi korrupsiya ittihamıyla 29 polis işçisini və gömrük rəsmisini həbs edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG