Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:29

“Beynəlxalq Valyuta Fondu Yunanıstanda vəziyyəti diqqətlə izləyir və lazım gəlsə Afinaya kömək etməyə hazırdır”.

Bunu iyulun 6-də fondun icraçı direktoru Christine Lagarde bəyan edib.

Bu iyulun 5-də Yunanıstanda keçirilən referendumdan sinra Beynəlxalq Valyuta Fondunun ilk reaksiyasıdır.

Yunanlar referendumda beynəlxalq kreditorların təkliflərini rədd edib.

Yunanıstan hökuməti ötən həftə fonda olan 1,7 milyard dollarlıq kredit borcunu ödəmədi və məsələ ilə bağlı ölkədə referendum elan elədi.

Yunanıstanın əsas müxalifət və hakim partiyaları bu arada yeni yardım razılaşması ilə bağlı baş nazir Alexsis Tsiprasın səylərinə dəstək bildiriblər.

XS
SM
MD
LG