Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:41

İyulun 6-da Əfqanıstanın paytaxtı Kabildə etiraz aksiyası keçirilib.

Aksiyaçılar bu ilin martında 27 yaşlı qadın Farkhundanın amansızcasına qətlinə görə ölümə məhkum edilən 4 nəfərin cəzasının dəyişdirilməsinə etiraz bildiriblər.

Əllərində Farkhundanın şəkillərini tutan Həmrəylik partiyasının üzvləri və qadın fəallar “ Biz ədalət istəyirik” kimi şüarlar səsləndiriblər.

Apelyasiya məhkəməsi ötən həftə qadının qətlinə görə ölümə məhkim edilmiş 4 nəfərin cəzasını həbslə əvəzləyib.

Bir qrup fəal iyulun 3-də prezident Ashraf Ghani ilə görüşüb, məhkəmənin qərarına etiraz bildiriblər Amma Ghani bildirib ki, ölkə konstitusiyası onun bu məsələyə qarşışmasına imkan vermir.

Farkhundanı amansızcasına qətlə yetirən qızğın kütlə onu Quranı yandırmaqda ittiham edirdi.

Amma istintaq məsələnin belə olmadığını sübuta yetirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG