Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:26

Rusiya prezidenti Vladimir Putin referendumdan sonra Yunanıstanın baş naziri Alexsis Tsiprasla danışıb.

Tass-ın məlumatına görə, telefon söhbəti Yunanıstan tərəfinin istəyi ilə baş tutub.

Söhbət zamanı iyulun 5-də keçirilən referendumun nəticələri, Rusiya-Yunanıstan münasibətləri və gələcək əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

Rusiyanın VTB bankının rəhbəri Andrey Kostin Moskvanın özəlləşdirildikdən sonra bir sıra Yunanıstan aktivlərinin alınmasında maraqlı olduğunu bildirib.

VTB böyüklüyünə görə Rusiyada ikinci bankdır.

Kostin qeyd edib ki, Rusiya dəniz və hava limanları, dəmiryolu və energetika sektoruna sərmayə qoya bilər.

Amma bu o demık deyilo ki, Rusiya Yunanıstana kredit verəcək-deyə bankir vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG