Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:33

Rusiyanın Xabarovsk vilayətində Su-24 bombardmançı təyyarəsi qəzaya uğrayıb.

Nəticədə pilotların ikisi də həlak olub.

Məlumatı Rusiya müdafiə nazirliyinin mətbuat xidməti yayıb.

Rusiya ordusu 1 ay ərzində 5 hərbi təyyarə itirib.

Mayın 3-də Krasnodar diyarında Miq-29 təyyarəsi qəzaya düşüb. Buna səbəb mühərrikin dayanması olub.

İyunun əvvəllərində isə Astarxanda eyni tipli təyyarə qəzaya düşüb.

Həmçinin həmin vaxtlarda Voronej vilayətindəki aerodromda Su-34 bombardmançı təyyarəsi qəzaya uğrayıb.

Bir neçə gün sonra isə Amur vilayətində Tu-95 bombardmançı təyyarəsi qəzaya düşüb. Nəticədə 1 polit ölüb, biri isə hospitala düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG