Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:52

“Bir şey aydındır: Yunanıstanın yeri və o Avropada qalır. Çox çətin olan bu vəziyyəti həll etmək üçün bütün tərəflər yunan xalqının naminə məsuliyyətlə işləməlidir”.

Bunu Avropa Komissiyasının avro üzrə vitse-prezidenti Valdis Dombrovskis isə iyulun 6-da Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Avropa Komissiyası yunanların seçiminə hörmətlə yanaşır,amma vəziyyətdən çıxış yolu çox çətindir, komissiya avroqrupun mandatı olmadan yeni proqramla bağlı danışıq apara bilməz.

O həmçinin avrozonada sabitliklə bağlı elə bir problem olmadığını bildirib və qeyd edib ki, avrozona ölkələri maliyyə sabitliyini təmin etmək üçün bübütn mümkün imkanlara əl atmağa hazırdır.

Dombrovskis qeyd edib ki, sabitliyi təmin etmək üçün bizim bank ittifaqımız, 500 milyard avroluq sabitlik mexanizmimiz var.

İyulun 5-də Yunanıstan vətəndaşlarının referendumda beynəlxalq kreditorların təkliflərinə yox deməsi vəziyyəti daha da çətinləşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG