Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:35

Diplomatlar aclıq edənlərə baş çəkiblər


Diplomatik korpus nümayəndələri jurnalistlərə zor tətbiq edənlərin cəzalandırılmasını istəyir

Diplomatik korpus nümayəndələri jurnalistlərə zor tətbiq edənlərin cəzalandırılmasını istəyir

Noyabrın 15-də Azərbaycandakı diplomatik korpusun adından verilən bəyanatda deyilir ki, son hadisələr ölkədə müstəqil mətbuatla bağlı ümumi mühitin pisləşməsinə işarə edir. Bu üzdən də onlar Azərbaycan rəsmilərindən jurnalistlərə zor tətbiq edənləri, o cümlədən «Monitor» jurnalının redaktoru Elmar Hüseynovun qatillərini tapmağa, qanun əsasında cəzalandırmağa çağırırlar. Diplomatlar həmçinin böhtana görə jurnalistlərin işinə Mülki Məcəllə çərçivəsində baxılmasını istəyirlər.


Noyabrın 15-də Azərbaycandakı diplomatik korpusun nümayəndələri aclıq edən jurnalist və hüquq müdafiəçilərinə baş çəkdilər, Redaktorlar Birliyi və Jurnalist Təşkilatlarının işçi qrupu ilə görüşdülər. Diplomatlar «Azadlıq» qəzetinin və «Xaqani-33» ünvanında yerləşən başqa qurumların binadan çıxarılması məsələsinin qanuna uyğun şəkildə və mətbuatın azadlığına xələl gətirmədən həll olunacağına ümidvar olduqlarını bildirdilər.


Diplomatik korpusun nümayəndələri həmçinin jurnalistləri peşəkarlıq, etika və obyektivlik prinsiplərini rəhbər tutmağa dəvət edirlər: «Azərbaycan jurnalistlərini öz işində peşəkarlıq, etika və obyektivlik prinsiplərini əsas tutmağa çağırırıq. Öz növbəmizdə biz peşəkarlıq və etika qaydaları mövzusunda təlimlərin keçirilməsi üçün öz səylərimizi davam etdirəcəyik».


Diplomatlar Milli Televiziya və Radio Şurasını isə ANS və Lider televiziyalarına lisenziya verməyə çağırır, qurumdan «Amerikanın səsi», «Azadlıq» və «BBC» radiolarının Azərbaycanda geniş auditoriyaya yayımını təmin etməsini xahiş edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG