Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:17

Şirvandakı yanğının səbəbi açıqlanıb


Şirvandakı Telemexanika zavodunda baş verən yanğına səbəb qısaqapanma olub.

Bunu APA-ya Şirvan şəhər İcra Hakimiyyətinin birinci müavini Samit Abıyev deyib.

O yanğın nəticəsində ölən şəxsin ailəsinə maddi yardım göstəriləcəyini bildirib.

Son məlumata görə, iyulun 6-da yerli vaxtla saat 11:55 radələrində baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 10-dan çox adam isə xəsarət alıb.

Müvafiq qurumların apardığı araşdırmalarda yanğının ilkin olaraq elektrik xəttindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur.

Zavodunun direktoru Usubağa Məmmədov yanğın zamanı 2 nəfərin ölməsi, 30 nəfərinsə xəsarət alması barədə məlumatların doğru olmadığını bildirib.

Səhiyyə Nazirliyinin mətbuat xidməti hadisə nəticəsində xəsarət alan 19 nəfərdən 13-nün evə buraxıldığını, 6 nəfərinsə müalicə olunduğunu bildirir.

XS
SM
MD
LG