Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:48

Şou verilişlərlə bağlı dosye hazırlanır


.

“Özəl televiziya kanallarında yayımlanan şou xarakterli verilişlərin hər biri haqqında dosye hazırlanacaq. O dosyedə verilişlərin tərtibatı və sair məsələlər haqda arayış veriləcək. Arayışda qanunvericiliyə zidd hallar olacağı təqdirdə, bu məsələyə baxılacaq”.

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

Şura sədri bildirib ki, özəl televiziya kanallarında yayımlanan şou xarakterli verilişlərlə bağlı hazırlanan arayış artıq hazırlıq mərhələsindədir: “Bununla bağlı iş mütəmadi olaraq aparılır. Həmin şou verilişlərdə Azərbaycanın qanunvericiliyinə zidd halların olub-olmayacağı ciddi şəkildə araşdırılacaq”.

Bu yaxınlarda Space telekanalında belə verilişlərdən birində söyüşlər səslənəndən sonra şou proqramların vəziyyəti ictimai müzakirəyə səbəb oldu. Şura rəsmiləri bundan sonra telekanallara qarşı sərt cəza tədbirləri nəzərdə tutulduğunu deyirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG