Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:49

.

Vladimir Mayakovskinin ABŞ-da yaşayan 89 yaşlı qızı Patricia Thompson təzədən rus dilini öyrənib Rusiya vətəndaşlığı almaq istəyir.

TASS-ın yaydığı xəbərə görə, xanım Thompson Nyu-York universitetinin Lemanovsk kollecində fəlsəfə professoru kimi çalışıb və 20-dən çox kitabın müəllifidir.

5 YAŞINADƏK RUSCA DANIŞIB

Məsələ burasındadır ki, ünlü şairin qızı 5 yaşınadək rusca danışıb: “İndi də bəzi sözləri xatırlayıram. “Da”, “Net”, “Spasibo” və s. Ancaq istəyirəm ki, rus dilini tamam-kamal xatırlayım. Bu, mənə itirdiyim əsl mahiyyətimin bir hissəsini qaytarmağa yardımçı olar. Əgər kiminləsə müntəzəm rusca danışsam, təzədən dilə yiyələnə bilərəm” - XanımThompson belə deyib.

SEVGİ TARİXÇƏSİ...

1925-ci ildə Mayakovski ABŞ-da bir neçə ay yaşayıb. Elə xanım Patricia-nın anas ı- rusiyalı mühacir Elizaveta Zibertlə də orda tanış olub. Onların qızları 1926-cı ildə Nyu-Yorkda doğulub.

Mayakovski qızının doğulduğundan xəbərdar olub. Ögey ata yanında böyüyən Patricia 9 yaşında əsl atasının kim olduğunu bilib.

Patricia Thompson bütün ömrünü Amerikada yaşayıb, ancaq ata yurdu ilə əlaqəni heç vaxt kəsməyib.

ATASINI BİRCƏ DƏFƏ FRANSADA GÖRÜB

Maraqlıdır ki, qızı Mayakovskini ancaq bircə dəfə - 2 yaş yarımlığında Nitsada görə bilib və bu görüş onun xatirində dərin izlər buraxıb.

Mayakovski 1930-cu ildə Rusiyada özünü güllələyib. Xanım Zibert onun ölümünü qəzetlərdən öyrənib...

“DOÇKA”

Patricia Thompson indi avtobioqrafik kitab üzərində işləyir. Yarım ilə ərsəyə gələcək kitab “Qızıım” (“Doçka”) adlanacaq.

O, atası haqqında bir neçə kitab da yazıb. Onların arasında “Maykovski Manhettendə. Sevgi tarixçəsi” kitabı da var.

Kitabların bəziləri rus dilinə də çevrilib.

Patricia Thompson ilk dəfə Rusiyaya 1991-ci ildə oğluyla gəlib. Sonralar dəfələrlə ata yurduna səfər edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG