Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:34

.


İyulun 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən "Telemexanika" zavodunda güclü partlayış olub. Səhiyyə Nazirliyi partlayışda 1 nəfərin öldüyünü, 19 nəfərin yaralandığını bildirir.

Şirvan şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bidiriblər ki, yaralılar zəhərlənmə və yüngül yanıq diaqnozları ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətləri yüngül və orta-ağır qiymətləndirilir.

"Telemexanika" zavodunda 245 nəfər çalışır. Bu zavod 2006-сi ildən Müdafiə Sənayesi Nazirliyinin tərkibinə daxil edilib.

Müəssisədə neft sənayesi ücün сihazlar və texnoloji tərtibatlar istehsal edilirr.

Amma bu yaxınlarda zavodda iriçaplı patronların istehsalı mərkəzi işə salınmışdı.

Şirvan şəhər İcra Hakimiyyətinin birinci müavini Samit Abıyev APA informasiya agentliyinə bildirib ki, zavodda yanğın elektrik xətlərində qısaqapanmadan baş verib.

O, yanğın nəticəsində dünyasını dəyişən şəxsin ailəsinə maddi yardım ediləcəyini bildirib.

Zavodun direktoru Usubağa Məmmədov da deyib ki, saat 11:55-də zavodda 30 kv.m sahədə yanğın baş verib. Nəticədə 1 nəfər ölüb, bir neçə nəfər yüngül xəsarət alıb.

Usubağa Məmmədovda yanğının səbəbi ilə bağlı müvafiq qurumların araşdırma apardığını, ilkin olaraq yanğının elektrik xəttində qısaqapanmadan baş verdiyinin ehtimal olunduğunu bildirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya deyib ki, hadisə nəticəsində xəsarət alan 19 nəfərdən 13-ü evə buraxılıb, 6 nəfərin müalicəsi stasionar qaydada davam etdirilir.

Şərhləri göstər

XS
SM
MD
LG