Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:01

Yerevanda aksiyaçılar hökumətə bazar ertəsi axşamadək vaxt verib.

2 həftədən çoxdur ki, mərkəzi küçələrdən birini bağlayan aksiyaçılar ölkədə elektrik enerjisinin bahalaşmasına etiraz edirlər.

Təşkilatçılar bildirib ki, əgər tələbləri yerinə yetirilməsə, “Bir addım irəli” aksiyasına başlayacaqlar. Yəni barrikadaları prezident aparatına tərəf yaxınlaşdıracaqlar.

Təşkilatçılardan biri David Sanasaryan dünən axşam aksiyanın həlledici məqama keçdiyini bəyan edib.

O bir daha aksiyaçıların 3 əsas tələbini oxuyub: Elektrik enerjisinin bahalaşması ilə bağlı xüsusi komissiyanın qərarının dəyişdirilməsi, iyunun 23-də nümayiş dağıdılarkən aksiyaçılar və jurnalistlərə qarşı zorakılığa görə cavabdehlik daşıyanlar və bu əmri verənlərin cəzalandırılması və mövcud tariflərə yenidən baxılması.

Sanasaryan bildirib ki, aksiyaçılar arasında müəyyən parçalanma olsa da onlar ümumilikdə əsas mövqelərini qoruyub saxlaya biliblər.

Aksiyacılar hazırda şəhərin mərkəzindəki Bagramyan prospektindədirlər. Prezident aparatı, Konstitusiya məhkməsi və Parlamentin binası bu prospektdə yerləşir.

“Biz prospekti açmaq istəmirik. Əgər tələblərimiz yerinə yetirilməsə,bazar ertəsindən başlayaraq, hər axşam saat 21:00-da barrikadalarımızı irəli aparacağıq”-deyə Sanasaryan bildirib.

Aksiyaçılar zibil yeşiklərindən barrikadalar qrublar.

Polis iyunun 23-də aksiyanı dağıdarkən bir neçə jurnalist də daxil olmaqla 230-dan çox adam saxlanmışdı.

Toqquşma zamanı həmçinin polislər də daxil olmaqla təxminən 20 nəfər xəsarət alıb.

Saxlananların hamısı elə həmin gün sərbəst buraxıldı və axşam meydana daha çox adam yığışdı.

Həmin gündən bu yana şəhərin əsas prospektlərindən biri bağlıdır.

Polis şənbə günü aksiyaçılara təxribatçı hərəkətlərə yol verməməyi xəbərdarlıq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG