Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:21

-

«Havaların normadan artıq isti keçəcəyinin proqnozlaşdırıldığı iyul və avqust aylarında Bakıda ət kəsimi və satışının aparıldığı yerlərdə monitorinqlər aparılacaq, bu obyektlərdə baytarlıq nəzarəti gücləndiriləcək».

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov deyib.

A.Aslanovun sözlərinə görə, əslində İdarə Bakıda keçirilən birinci Avropa Oyunları ərəfəsindən gücləndirilmiş iş rejimində işləyir: «Paytaxt ərazisində ətin kəsimi və satışının aparıldığı bütün obyektlərdə reydlər keçirilir. Yay mövsümü ilə əlaqədar heyvanların həkim nəzarətindən kənar kəsiminə yol verilməməsi, sanitariya qaydalarının gözlənilməsi, ətin müvafiq sənədlərinin olması, birbaşa gün şüalarından qorunması, üstünün örtülməsi, soyuducuda saxlanması və s. tələblər irəli sürülür».

İdarə rəisi qeyd edib ki, aparılan reydlər nəticəsində bu tələbləri yerinə yetirmədiyinə görə, artıq 30 nəfər barəsində inzibati protokol tərtib edilib və hər biri min manat məbləğində cərimə edilib: «Lakin bu il iyul-avqust aylarında havaların normadan artıq isti keçəcəyini nəzərə alaraq, əhalinin qida təhlükəsizliyinin və sağlamlığının qoruması üçün nəzarət tədbirləri daha da gücləndiriləcək».

XS
SM
MD
LG