Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:40

AzadlıqLive-Araz Ağalarov:"Emin hər həftə onların yanına uçur"

AzadliqLive-da iyulun 11-də bu və digər mövzuları müzakirə edirik

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

14:18 12.7.2015

İlham Əliyev iftar süfrəsində

Prezident İlham Əliyev şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında təşkil etdiyi iftar süfrəsində çıxış edib. O,xalqa sülh və xoşbəxtlik arzulayıb. O deyib ki, "Xalqla iqtidar arasında möhkəm birlik var”​, "​Azərbaycan xalqının taleyi öz əlindədir”

17:20 11.7.2015

Mərkəzi Bank özünü asan gənclə bağlı bəyanat verdi

Mərkəzi Bank bildrir ki, iyulun 8-də Bərdə rayonunda intihar etmiş Elşad Vaqif oğlu Dadaşovun kredit borcu olmayıb.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin şəxsin hər hansı kredit təşkilatına borcu olmayıb və ümumiyyətlə, baş verən hadisənin bununla əlaqəsi yoxdur.

Ancaq bu intiharın kreditlə bağlı olması istisna edilsə, belə, "Bizim yol" qəzeti yazır ki, son 4 ayda kreditlə bağlı 3 borclu özünü öldürüb.

12:16 11.7.2015

Kürdən gələn su magistralında qəza

Kür sutəmizləyici qurğularından Bakı şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində baş vermiş qəza ilə əlaqədar Səbail, Yasamal və Binəqədi rayonlarının müəyyən hissələrinə içməli suyun verilməsində fasilələr yaranıb. Başqa sözlə, su kəsilib.

Qəzanın qısa müddətdə aradan qaldırılması istiqamətində iş aprıldığı bildirilir. Ancaq vaxt deyilmir.

09:44 11.7.2015

Arda Turan: "Messi - futbol tarixinin ən yaxşı oyunçusu"(video)

Davamı

XS
SM
MD
LG