Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:31

AzadlıqLive-Araz Ağalarov:"Emin hər həftə onların yanına uçur"

AzadliqLive-da iyulun 11-də bu və digər mövzuları müzakirə edirik

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

15:32 13.7.2015

AZADLIQLİVE BURDAN YENİLƏNİR - OXUMAQ ÜÇÜN

22:26 12.7.2015

Araz Ağalarov:"Emin hər həftə onların yanına uçur"

“Eminlə Leyla əvvəllər olduğu kimi çox yaxşı münasibətlərini saxlayıblar. Onlar uşaqlarını birlikdə tərbiyə edirlər. Leyla və əkizlərin harada olmasından asılı olmayaraq Emin hər həftə onların yanına uçur” - bunu Araz Ağalarov “Komsomolskaya Pravda”ya müsahibəsində bildirib.

Müxbir soruşur ki, "Emin Sizin şəxsi təyyarədə uçur?" Oliqarx cavab verir ki, "Niyə ki? Adi reys təyyarəsində"

22:25 12.7.2015

İker Casillas "Real"dan ağlaya-ağlaya ayrılır

25 ildir Real Madrid-də qapıçı olan Iker Casillas komandasından ayrılıb. O bundan sonra Porto klubunun şərəfini qoruyacaq. İyulun 12-də keçirdiyi mətbuat konfransında Iker Casillas ağlaya- ağlaya deyib ki, onun üçün Real-ı tərk etmək ağırdır.

22:17 12.7.2015

Halal turizm

Hazırda halal turizm Malaziyada, Bəhreyndə, Misirdə və Türkiyədə inkişaf etməkdədir.Qapalı qadınlar üçün qapalı hovuz da var, qapalı dəniz də.Türkiyədə bu biznesə artıq 3-4 ildir başlanılıb. Dünyanın neçə-neçə ölkələrindən qatı müsəlmanlar belə istirahət yerlərini seçirlər. Halal turizm sertfikatı almaq üçün onlarla otel növbə gözləyir.

Davamı

XS
SM
MD
LG