Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:31

Ukraynanın şərqində 5 əsgər öldürülüb


Ukrayna hərbçisi Luqansk yaxınlığında

Ukrayna hərbçisi Luqansk yaxınlığında

-

Ukraynanın şərqində 5 əsgər öldürülüb, üçü yaralanıb. Ordunun sözçüsü Oleksandr Motuzyanyk iyulun 5-də jurnalistlərə deyib ki, insident Donetsky kəndində, separatçıların tutduğu Luqanskdan 50 km qərbdə baş verib.

Fevralda Minskdə bağlanmış atəşkəs sazişindən sonra əsgərlərlə rusiyapərəst yaraqlılar arasında atışma azalıb. Hər iki tərəf bir-birini pozuntularda ittiham edib.

“Münaqişə zonasında durum çətin olaraq qalır. Yaraqlılar hücuma keçirlər, ancaq intensivlik azalıb,” Motuzyanyk deyib.

Separatçılar isə Ukrayna ordusunu son 24 saat ərzində 32 dəfə atəşkəsi pozmaqda ittiham edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG