Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:34

Kerry nüvə danışıqları barədə: "İstənilən halda...”


John Kerry Vyanada sualları cavablandırır

John Kerry Vyanada sualları cavablandırır

ABŞ-ın dövlət katibi John Kerry iyulun 5-də Vyanada deyib ki, İranla nüvə danışıqlarında əsl irəliləyiş var, ancaq “hələ də olmalı olduğumuz yerdə deyilik” və “danışıqlar istənilən halda davam edə bilər”

-

ABŞ-ın dövlət katibi John Kerry iyulun 5-də Vyanada deyib ki, İranla nüvə danışıqlarında əsl irəliləyiş var, ancaq “hələ də olmalı olduğumuz yerdə deyilik” və “danışıqlar istənilən halda davam edə bilər”.

“Razılaşmanı bağlaya bilərikmi – buna baxmağın məqamıdır,” Kerry jurnalistlərə deyib. Vyanada Tehranla altı dövlət arasında danışıqların doqquzuncu günüdür. Kerry iranlı həmkarı Javad Zarif-lə görüşdən sonra danışıb.

“Xarici işlər naziri Zarif-lə tamamilə razıyam ki, sazişə heç vaxt belə yaxın olmamışıq, bu məqamda danışıqlar istənilən halda davam edə bilər,” o, deyib. Kerry-nin sözlərinə görə, heç bir güzəştə gedilməsə, Birləşmiş Ştatlar danışıqlardan çıxmağa hazırdır. Kerry deyir ki, heç kəs həmin ssenarini istəmir, ancaq Vaşinqton natamam paketə razılaşmayacaq.

Məlumatlara görə, İranla dünya dövlətləri Tehrana qarşı sanksiyaların yüngülləşdirilməsi məsələsində irəliləyiş əldə edib. Ancaq İranın keçmiş nüvə fəalliyyəti ilə bağlı fikir ayrılıqları qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG