Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:34

-

İyulun 5-də keçirilən tarixi referendumda yunan seçicilər beynəlxalq kreditorların daha sərt qənaət tədbirləri tələblərini rədd edib. Bülletenlərin 85 faizi sayılıb. Səslərin 60 faizdən çoxu tələblərə “yox” deyib.

İyulun 5-də axşam minlərlə hökumət tərəfdarı Afinanın mərkəzi Syntagma meydanına toplaşıb, nəticələri qeyd edib. Baxmayaraq ki, kreditorlarla razılaşma əldə olunmaması Yunanıstanın avrozonadan çıxmasına gətirib çıxara bilər.

Referendumu solçu baş nazir Alexis Tsipras təyin edib, seçiciləri “qorxu” və “terrorçuluq” əleyhinə səs verməyə çağırıb.

İlkin nəticələr bəlli olandan sonra Yunanstan hökuməti bildirib ki, kreditorlarla borc sazişinin əldə olunması üçün səyləri gücləndirir. Avroqrupun maliyyə nazirləri bu həftə görüşərək referendumun nəticəsini müzakirə edəcəklər. Qrup sədrinin sözçüsü iyulun 5-də belə deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG