Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:35

Yerevanda nisbi sakitlikdir: etirazçılar da, polis də küçələrdə gözləyirlər (VİDEO)


İki həftəlik aksiyanın sonu
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

İki həftəlik aksiyanın sonu

Paytaxt Yerevanın kücələrində barrikadalar hələ də qalır və etirazçılar burda qalacaqlarına söz veriblər.

Etirazçılar hökumətin avqust ayından elektrik enerjisi qiymətlərinin azı 16 faiz bahalaşacağı barədə xəbərdarlığından qəzəblənərək iki həftədir küçələrə axışıblar.

Polisin Marşal Baqramyan Prospektində etirazçıları dağıdacağı təhlükəsi qalır. Ancaq gərginlik nisbətən səngiyib. Çünki prezident Serj Sarkisyan iyunun 27-də mümkün kompromislərdən danışıb.

Etirazçıların liderlərindən biri Davit Sanasarian iyulun 3-də AzadlıqRadiosunun Erməni xidmətinə verdiyi müsahibəsində deyir ki, bəlkə də hökumətin etirazları güc zoruna dağıtmaq üçün “siyasi resursları” zəifdir, çünki bir həftə öncə aksiyanın zorakı dağıdılması erməniləri və beynəlxalq ictimaiyyəti şoka salmışdı.

Yerevan küçələrində ilk aksiyalara başlayan “No To Plunder” qrupunun fəalları isə deyir ki, ictimaiyyətlə görüşlərini iyulun 4-də Gümrüdə davam etdirəcəklər.

Iyunun 23-də polis aksiyanı zorakılıqla dağıtmağa çalışdı, minlərlə etirazçının Prezident Aparatının qarşısına yığılmaq cəhdinin qarşısı alındı.

Polis zorakılığa görə istintaqa çəkilir

İyulun 3-də Ermənistan hökuməti elektrik qiymətlərinin qalxmasına edilən etiraz aksiyalarında baş vermiş polis zorakılığı ilə bağlı cinayət işi qaldırıb.

Tanınmış müxalifətçi Paruyr Hayrikian da etirazlara qoşulub.
Tanınmış müxalifətçi Paruyr Hayrikian da etirazlara qoşulub.

Xüsusi Araşdırma Mərkəzi iyulun 3-də deyib ki, polis zorakılığı, gücdən aşırı istifadə etmə və jurnalist fəaliyyətinin məhdudlaşdırılmasıittihamları ilə istintaq başlayıb.

İstintaqa görə, polis rəsmiləri aşırı gücdən istifadə edib, etirazçılara və jurnalistlərə zor göstərib və bununla da “dövlətin və cəmiyyətin qanuni maraqları əhəmiyyətli dərəcədə zədələnib”

Gündəlik “Hayots Aşxar” qəzeti bu həftə aksiyaları “isti havada davam edən, amma sadəcə əriyib gedən, axıb tökülən dondurmaya” bənzədib.

“Əriyən dondurma”

Gümrüdə Teatr meydanında “No To Plunder” qrupunun “ictimai görüşü” paytaxtdakı etiraz hərəkatına dəstəyin olub-olmadığının göstəticisi olmalıdır.

Müxalif“Jarangutyun” partiyasının və şəhər bələdiyyəsinin üzvü Sanasarian AzadlıqRadiosunun Erməni xidmətinə deyib ki, yeni “Elektrik Yerevan” təşkilatı ilk olaraq bu qeyri-müəyyən situasiyadan baş çıxamalıdır: “Burda yalnız o adamlar var ki, çiyinlərinə digər vətəndaşlarla müqayisədə daha ağır yük düşür, biz də burda baş verənlərdən məsuliyyət daşıyırıq”.

İyulun 3-də Sanasarian AzadlıqRadiosunun erməni xidmətinin Facebook səhifəsinə yazıb ki, etirazçılar tələbləri yerinə yetirilənədək yerlərindən tərpənməyəcəklər və hökumətə təzyiq göstərməkdə davam edəcəklər.

Sərkisyanın vədi inandırmır

Yerevan etirazlarında Avropanın bayrağı qaldırılıb.
Yerevan etirazlarında Avropanın bayrağı qaldırılıb.

İyunun 27-də Sarkisyan bildirib ki, müstəqil audit qurumu planlaşdırılan qiymət artımının ədalətli olub-olmadığına qərar verənədək qiymətin artırılan hissəsini hökumət öz üzərinə götürəcək.

«Əlbəttə, bunun üçün biz mövcud sosial proqramlarımızın heç birini təxirə salmayacağıq. Əvəzində təhlükəsizliyimizin gücləndiriliməsi üçün nəzərdə tutulmuş vəsaitdən istifadə edəcəyik», - Sarkisyan belə deyib.

Yerevan etirazçılarının tələbi isə dəyişməzdi: elektrik enerjisinin qiyməti qaldırılmayacaq, iyunun 23-də baş verən polis zorakılığına hüquqi qiymət veriləcək.

Ermənistandakı aksiyanı bir “elektrik enerjisi” davasından uzağa çəkənlər də var. Məsələn, aksiyalarda qruplardan biri iyulun 2-də Avropa Birliyinin bayrağını da qaldırmışdı.

Rusiya rəsmiləri isə hesab edirlər ki, Qərb Yerevanı Avropa Birliyi ilə əlaqələrini möhkəmlətmək üçün təzyiq rıçaqlarını işə salıb.

Moskva iyunu 26-da Ermənistana 200 milyon dollar borc verməyə razılaşıb ki, üzləşdiyi problemləri həll etsin.

Bundan başqa Rusiya Ermənistana ən müasir raket kompleksi satır. Ancaq ekspertlərin fikrincə bunlar çətin ki, ölkənin enerji ilə bağlı problemlərini həll etsin.

XS
SM
MD
LG