Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:47

Smart yazı makinası satışa çıxır


"The Freewrite" makiası
"The Freewrite" makiası

-

YALNIZ YAZMAQ ÜÇÜN

"The Hemingwrite" - yeni, modern yazı maikanısıdır.

Retro görünüşü olsa da, ən müasir texnologiya ilə hazırlanıb, mexaniki klaviaturası, elektron kağız ekranı var. WI-FI siqnalı qəbul edir, USB portları var, Google Drive, Evernote, Dropbox xidmətləri göstərir.

Onun istehsalçısı Astrohaus bu ağıllı makinanı istehsal etmək üçün pulu "Kickstarter" səhifəsində yığıb.

Əvvəlcə həmin ideyalar bazarı səhifəsində belə bir makina buraxmaq fikri haqda yazıblar, bunu istehsal etmək üçün gərək olan məbləği göstəriblər. Nəticədə insanlar bu ideyanı bəyəniblər, yetərincə vəsait toplanıb.

2014-cü ilin oktyabrında istehsal olunmuş makinanın rəsmən qeydiyyatdan keçmiş adı "The Freewrite"-dır.

Satışa bu ay çıxacaq. Pulu köçürən ilk müştərilərin qapısına noyabr ayında çatdırılacaq.

Dükanlarda satışa çıxmazdan əvvəlki qiyməti 399 ABŞ dollarıdır. Sifarişlə satış özünü doğruldandan sonra qiymət 499 ABŞ dollarına qaldırılacaq.

Onun ağırlığı standart 14" notbuklarının çəkisi qədərdir. Yalnız bir rəngdə - qara rəngdə istehsal olunur.

Bu yeni cihaz indi dünyanın nüfuzlu ədəbiyyat jurnalları olan "London Review of Books" və "The Paris Review"-nun keçirdiyi "Read Everywhere" yay kampaniyasına sponsorluq edir.

Həmin jurnalları oxuyan yerdə çəkilmiş fotoşəklini göndərsən, qaliblər arasına düşmək şansın ola bilər. Qaliblərə bu yazı makinası hədiyyə verilir.

"The Freewrite" yazan adamların fikirlərinin kənar şeylərə yayınmaması üçün ekranında yalnız sözləri göstərir. Email yoxlamaq mümkün deyil. Yazıçını yolundan sapdıran İnternet xidmətləri yoxdur.

​Oxu zalı

XS
SM
MD
LG