Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:18

Qonşunun karikaturaçısı


Ardeshir Mohasses
Ardeshir Mohasses

-

Qonşu ölkələrin modern sənət axınları

Mohasses və onun karikaturaları

Ardeshir Mohasses (1938-2008) İranın Rəşt şəhərində zəngin ailədə doğulmuş, Tehran Universitetində siyasi elmlər üzrə təhsil almış, İslam İnqilabından üç il əvvəl Nyu Yorka köçmüş rəssam, məşhur karikaturaçıdır.

Onun karikaturaları müasir İran tarixinə unikal bir baxışdır.

O, sosial tənqidçidir, insan təbiətinin qəddarlığı və zəifliyini yumorla ifadə edir.

Eyni zamanda İranın qədim mədəniyyətini və sənət modernizmini karikaturada bir araya gətirir.

Onun bir karikaturasında toy təsvir olunur. Toyda bəy və gəlin yerdə ölü kimi uzanıblar, qonaqlar isə çalıb-oxuyur, şənlənirlər.

Başqa bir karikaturasında müsəlmanlar namaz qılırlar, onların başı yerdə səcdə etməkdə ikən hökumətin təyyarəsi üzərlərindən uçur.

"Kral həmişə hamıdan ucadadır" adlı karikaturasında kral (qacar sülaləsinin bir şahı) yuxarıda boğazından asılıb, camaat asılmış şahın altında yerdə dayanıb, küncdə isə bir rəssam əlindəki kağıza bu mənzərəni təsvir etməkdədir.

Başları olmayan, baş yerindən bir-birinə şlanqla birləşmiş iki adam...

A.Mohasses 1970-ci illərdə sənət haqda fikrini belə ifadə edib:

"İncəsənətlə heç nəyi dəyişdirmək olmaz, amma hər dövrün sənət adamı öz dövrü haqda özündən sonrakı nəsillərə hesabat verir".

XS
SM
MD
LG