Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:37

-

"Hər səhər yol kənarında oturub çörəkpulu dilənirəm".

AzadlıqRadiosunun "Qaynar xətt"inə gileylənən Qarabağ müharibəsi əlili Kamran Hüseynov 1-ci qrup əlildir. 40 yaşı var. Qarabağ müharibəsi qızışanda - 1990-91-ci illərdə məktəbi buraxıb, heç kəsə xəbər etmədən müharibəyə gedib.

"AYIN YARISINI TƏQAÜDLƏ DOLANIRAM, YARISINI DİLƏNİRƏM"

"1991-ci il martın 19-da evdən qaçıb Bakıya gəldim. Qatarla Ağdama getdim. «Qatır Məmməd»in dəstəsini axtarıb Əhmədavar kəndində «Qaraağaclıq» deyilən yerdə tapdım. Dəstəyə qoşulub döyüşlərə girdim. Mənə qoşalülə tüfəngi verdilər. Bir neçə müddət burada döyüşdüm. Dəstə dağılandan sonra Yevlaxa gəldim. Surət Hüseynov yun zavodunda dəstə toplayırdı. Onlara qoşuldum. Bu dəstənin tərkibində 1 il ərzində döyüşdüm. 1993-cü il yanvarın 20-si tezdən Ağdamdan Yeni Qaralar istiqamətində Fərrux dağı ilə üzbəüz ən hündür zirvəni almaq üçün hücuma keçdik. Həmin döyüşdə yaralandım. Huşumu itirib bir gecə qarın üstündə qaldım. Sabahı gün ayılanda qollarımı, ayaqlarımı hiss etmədim. Don vurmuşdu».

Beləcə, Kamran hər iki əlini və sağ ayağını itirib. Ailə də qurmayıb. İndi 120 manat təqaüdün ümidinə yaşayır. Deyir, ayın yarısını təqaüdlə dolanır, yarısını dilənməklə:

"Bir xeyirxah insan mənə 2 sot torpaq sahəsi bağışlayıb. Bir otaq tikib içərisinə girməyə imkanım yoxdur. İnanmıram ki, yol kənarında dilənməklə o bir otağı tikə biləm. Təqaüdüm çörəyə, diləndiyim dərmana gedir".

İCRA HAKİMİYYƏTİNİN GÜCÜ YALNIZ ƏRZAĞA ÇATIR?

Kamran Bakının Sabunçu rayonu ərazisində qeydiyyatdadır. Deyir, Prezident Administrasiyasına göndərdiyi məktubları hər dəfə Sabunçu rayon İcra Hakimiyyətinə göndərirlər ki, ordan mənə köməklik etsinlər.

İcra Hakimiyyətindən "Qaynar xətt"ə bildirdilər ki, əlilə bayramlarda ərzaq yardımı göstərməkdən başqa imkanları yoxdur. Müharibə əlili kimi mənzil növbəsinə götürülüb. Rayon ərazisində əlillər üçün inşa olunacaq ilk binadan ona mənzil veriləcək. ancaq bu, nə vaxt olacaq, bəlli deyil.

Bu cavab müharibə əlilini qane etməsə də, gözləməyə məhkumdur.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG