Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:41

-

Avropa Oyunları bitsə də, rayon qeydiyyatlı avtomobillər Bakıya 10 gün ərzində məhdudiyyətlə buraxılacaq. gecə saat 12-dən səər saat 7-ə qədər.

Bunu APA-ya baş nazirin müavini Abid Şərifov deyib.

10 gün sonra isə yeni tədbirlər planı qəbul olunacaq və növbəti günlərdə qaydaların necə olacağı müəyyənləşəcək.

Avropa Oyunları dövründə rayon qeydiyyatlı maşınlar Bakıya ümumiyyətlə buraxılmırdı.

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, mövcud qanunvericilikdə belə məhdudiyyət yoxdur, hökumət bu qaydanı tətbiq etmək istəyirsə, gərək "Yol hərəkəti haqqında qanun"u dəyişsin:

“Bakıya girişi saatlarla tənzimlənmə indiki halda bizim qanunvericiliyimizdə yoxdur. Bu, insanların digər hüquqlarını pozacaq. Məsələn, biri səhər 8-də, 9-da xəstəxanaya xəstə gətirir- belə çıxır ki, o öz maşını ilə xəstəsini Bakıya gətirə bilməyəcək. Bu, vətəndaşlara qarşı açıq -aşkar diskriminasiyadır".

İqtisadçı Samir Əliyev deyir ki, regionlar Bakıdan iqtisadi baxımdan asılıdır. Bakı iş yeridir. 2011-ci ildə ÜDM-in 72%-i Bakının payına düşüb. Samir Əliyev inanır ki, məhdudiyyət iqtisadiyyata pis təsir edəcək.

Rəsmilər iddia edir ki, rayon maşınlarını gündüzlər Bakıya tıxac yaranmasın deyə buraxmırlar.

Regionlardan gələn ictimai nəqliyyat isə əvvəlki qaydada işləyəcək.

Vətəndaşlar tıxacları belə aradan qaldırır - Qərb təcrübəsi

40 ildir ki, ABŞ-ın paytaxtı Vaşinqtonda nəqliyyatda sıxlığın qarşısını almaq üçün müxtəlif qaydalar tətbiq olunur.

Bunlardan bəziləri icma təşəbbüsləridir.

Məsələn, əhəmiyyətli yollarda (şoselərdə, hava limanına gedən yollarda) HOV (The High Occupancy Vehicles) Dolu Nəqliyyat Vasitələri xətti ayrılır.

Pik saatlarında HOV xətti ilə sürmək istəyirsənsə, tərkinə üç sərnişin də almalısan- avtomobili boş olan sürücülər HOV yollara buraxılmır.

Odur ki, Vaşinqtonın ətraf şəhərlərində eyni istiqamətə gedən üç qonşu bir qonşunun maşınına yığışıb yola düzəlir. İşdən qayıdanda da eyni qaydada bir məntəqədə görüşüb geri qayıdırlar.

“Slugline” adlanan bu ənənəni icma üzvləri özləri, yerli hakimiyyət təşkil edir.

Hollandiyada karpulinq üçün ayrılmış dayanacaq

Hollandiyada karpulinq üçün ayrılmış dayanacaq

Bu cür daşımaların öz etiketi formalaşıb: eyni ərazidə yaşayan insanlar xüsusi dayanacağa gəlir, öz istiqamətinə uyğun avtomobilə minib gözləyir, maşın dolanda yola düzəlir. Sərnişinlər adətən kəlmə kəsmirlər, ancaq “salam”, “sağ ol” edirlər.

“Carpooling”də “slugline”a bənzəyir. Şirkətin eyni istiqamətdə yaşayan işçiləri bir yerə pul qoyur və bir işçinin avtomobilindən istifadə edirlər. 2009-cu ildə ABŞ-da bütün daşımaların 44 faizi “carpooling”lə olub.

ABŞ-da yaşayan azərbaycanlı Emin İbadov AzadlıqRadiosuna bu haqda danışır:

- “Mənim “carpooling” təcrübəm təxminən 2 il çəkib. Bir çox qurum işçilərini nəqliyyat vasitələrini paylaşmağa təşviq edir. Əgər qurum bunu təşkil etmirsə, adətən işçilər özləri bu barədə anlaşırlar. Nəqliyyatın paylaşılması,hər 3 tərəfə faydalıdır:

İşçilər hər gün sükan arxasında oturmaq əziyyətindən qurtulurlar, bu da iş yerindən uzaqda yaşayanlar üçün çox rahatdır. Əlbəttə, hər gün uzaq məsafəyə öz maşınında getməməyin maddi faydaları da var, həm yanacaq, həm də təmir xərcləri azalır.

Qurum, öz binası ətrafındakı məhdud saylı dayanacaq yerinə qənaət edir. Dayanacaq ərazisinin böyüdülməsi üçün ehtiyac yaranmır.

Şəhər yollarında sıxlığın azalması (xususilə, səhər və axşam saatlarında), sərnişinlərdən yol polisinə kimi, ümumilikdə hər kəsin işinə yarayır.

ABŞ-da karpulinqin təşviqi

ABŞ-da karpulinqin təşviqi

Mənim yəqin bəxtim gətirib ki, işlədiyim qurum maraqlanan işçiləri üçün “carpooling'i özü təşkil edir. Qurumun daxili veb-saytında sırf "carpooling"ə ayrılmış səhifə və data bazası var. Maraqlanan işçilər öz adlarını və ünvanlarını səhifəyə daxil edir və sistem özü sizə yaxın məsafədə (məsələn, eyni qəsəbədə) yaşayan digər işçilərin adlarını və əlaqə məlumatını (telefon, email) sizə bildirir.

Dediyim kimi, təxminən 2 il fərqli iş yoldaşlarımla bu xidmətdən yararlanmışıq və çox məmnun qalmışam. Hal-hazırda, kiçik övladım olduğu üçün, iş saatlarım bir az qeyri-müəyyəndir. Bu səbəbdən "carpool" edə bilmirəm, amma bir müddət sonra iştirakım yenə mümkün olacaq.

Əlavə olaraq onu da deyim ki, işlədiyim binada minlərlə işçi olduğu üçün, səhər işə gələndə boş dayanacaq yeri tapmaq bəzən problem olur. Yaxında yer tapmayanda, maşını daha uzaqda saxlayıb, binaya daxil olmaq üçün 5-10 dəqiqə piyada getməli oluram. Qurum, işçilərini "carpooling"ə təşviq etmək üçün, yalnız "carpool" edənlər üçün binaya yaxın yerdə dayanacaq yerləri ayırıb. Həmin yerlərdən istifadə üçün, "carpool" edənlərə xüsusi dayanacaq kartları verilir.

Carpooling Böyük Britaniyada da geniş yayılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG