Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:13

Səudiyyə Ərəbistanının başçılıq etdiyi hərbi koalisiyanın iyulun 3-də Yəmənin Aden şəhərini bombalaması nəticəsində 21 nəfər ölüb, 89 adam yaralanıb.

Bu barədə hərbi mənbələr məlumat yayıb.

Hədəf üsyançı Huti qrupunun mövqeləri olub.

Bu qrup əsasən şiələrdən ibarətdir.

İranın dəstəklədiyi bu qrupun üzvləri iyulun 2-də Adenin qərbindəki hərbi bazanı ələ keçiriblər.

Şahidlərin sözlərinə görə, hərbi təyyarələr qonşu Abyan əyaləti və ölkənin şimalındakı Hajja vilayətini də bombalayıblar.

Koalisiya qüvvələri bu ilin martından ölkənin əksər ərazisini zəbt edən Huti qruplaşmalarının mövqelərini havadan bombalayır.

BMT-nin məlumatına görə, martdan bu yana Yəməndə 3 minə yaxın adam ölüb, 14 mindən çox adam yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG