Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:09

İbrahim Nehrəmli: "Biznesimin əlimdən alınması..."


HAcı İbrahim Nehrəmli (sağda)
HAcı İbrahim Nehrəmli (sağda)

.

"Khazar İslands" layihədə çalışan işçilərin əmək haqlarının ödənilməsində 3 aylıq gecikmə var idi. Lakin artıq bu məsələ həllini tapıb. İşçilərin əmək haqları hissə-hissə verilib. Hazırda bir ayın borcu qalıb, onu da yaxında həll edəcəyik. Amma bütün işçilər layihənin icrasında iştirak edir". Bunu Layihənin rəhbəri İbrahim Nehrəmli APA-Economics"ə açıqlamasında bildirir.

Amma işçilərin həqiqətən də əməkhaqqı probleminin artıq həll edildiyi barədə başqa mənbələrdən hər hansı əlavə məlumat yoxdur.

“Khazar İslands" və "Avesta" Konsernin rəhbəri İbrahim Nehrəmli deyib ki, bu layihə və konsernin onun əlindən alınaraq başqasına satılması ilə bağlı yayılan xəbərlər əsassızdır.

O, Azərbaycan Beynəlxalq Bankına olan borcunu da qrafikə uyğun ödədiyini deyib.

"Khazar İslands" layihəsinin icrasına yeni kreditlərin cəlb olunmasından danışan iş adamı bildirib ki, yerli banklardan kredit götürməsə də, xarici investor və maliyyə təsisatları ilə danışıqları davam etdirir:

"Çox yaxında Çindən olan investorlarla iri müqavilə imzalayacağıq. Müqavilənin ümumi dəyəri 1,5 milyard dollardır. Kommersiya sirri olduğundan detalları açıqlaya bilmərəm".

Bir neçə ay öncə İbrahim Nehrəmli hüquq-mühafizə orqanları tərəfindən saxlanmışdı. Özünün bildirdiyinə görə buna səbəb Beynəlxalq Banka olan kredit ödənişləri olub və həmin borcları ödəməyə başladığından azadlığa buraxılıb.

XS
SM
MD
LG