Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:08

Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun məhkəməsi başlayacaq.

İstintaq yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəməyə hazırlıq iclası iyulun 13-nə təyin edilib.

Prosesə hakim Əfqan Hacıyev sədrlik edəcək.

Arif Yunus və həyat yoldaşı, Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunus ötən ilin yayında həbs olunublar.

Leyla Yunus dövlətə xəyanət və iqtisadi cinayətlərdə, Arif Yunus isə dövlətə xəyanət və dələduzluqda ittiham olunurlar.

İstintaq ötən ay dövlətə xəyanət maddəsini ayrıca icraata götürüb.

Arif və Leyla yunuslar ittihamları rədd edir və həbslərinin fəaliyyətləri ilə bağlı olduğunu deyirlər.

Beynəlxalq hüquq müdafiə təşkilatları da onların həbsini siyasi sifariş hesab edir, onları vicdan məhbusu sayır.

Azərbaycan hakimiyyəti isə dəfələrlə ölkədə siyasi və ya vicdan məhbusu olmadığını bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG