Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:21

“Avropanın Rusiya ilə danışıqlardan başqa seçimi yoxdur, amma Minsk razılaşmasının tam yerinə yetirilməsini təkid edəcək”.

Bunu Avropa Parlamentinin prezidenti Martin Schulz iyulun 3-də Ukrayna parlamentində çıxış edərkən deyib.

Rusiyaya qarşı sanksiyalara gəldikdə isə o bildirib ki, Minsk razılaşması tam yerinə yetirilməyincə, sanksiyalar qüvvədə qalacaq.

Martin Schulz qeyd edib ki, Avropa Ukraynanın suverenlyini dəstəkləməkdə davam edəcək və Rusiya ilə danışıqlarda bu prinsipdən çıxış edəcək.

Qərb Rusiyanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır. Moskva ittihamı rədd edir.

ABŞ,Avropa Birliyi və bir sıra ölkələr Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG