Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:33

Son rəy sorğularına görə, Yunanıstanda beynəlxalq kreditorların təklifini dəstəkləyənlərin sayı bir qədər artıb.

Rəyi soruşulanların 44,8 faizi təkliflərə hə, 43,4 faizi isə yox deyib.

Bu yaxınlaradək vəziyyət tam başqa idi.

İyulun 5-də Yunanıstanda beynəlxalq kreditorların təklifi ilə bağlı referendum keçiriləcək.

Referendumadək Yunanıstanla bütün danışıqlar dayandırılıb.

Beynəlxalq Valyuta Fondu hesab edir ki, bankrot olmamaq üçün yaxın 3 il ərzində Yunanıstana əlavə 50 milyard avro lazımdır.

Yunanıstan iyunun 30-dək banka olan 1,6 milyard avroluq kredit borcunu ödəməli idi.

Amma yeni hökumətbunu etmədi və iyulun 5-nə referendum təyin elədi.

Yeni Yunanıstan hökuməti kreditin şərtlərinin ağır olduğunu deyir.

Yunanıstan beynəlxalq kredit əvəzində ölkədə kəskin iqtisadi islahatlar keçirməlidir.

Hazırda ölkədə bank və birjalar bağlıdır.

Bankomatlardan isə məhdud miqdarda pul çıxarmaq olar.

Ölkə demək olar ki, defolt həddindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG