Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:02

Suriyanın hərbi hava qüvvələri iyulun 3-dən üsyançıların Hələbdəki mövqelərini bombalamağa başlayıb.

Üsyançılar şəhərin şimalını tam nəzarətə keçirməyə çalışırlar.

Londonda fəaliyyət göstərən Suriya insan haqları mərkəzi iyulun 3-dən hökumət qüvvələri ilə üsyançılar arasında döyüş getdiyini xəbər verirlər.

Üsyançılar bu həftə hökumət qüvvələrinin üzərinə irimiqyaslı hücuma keçib.

Onlar şəhərin bir neçə rayonuna yüzlərlə raket buraxıblar.

Suriya ordusu hücumun qarşısının alındığını və üsyançıların ağır itkilər verdiklərini bildirir.

Suriya insan haqları mərkəzi isə üsyançıların şəhərin ətrafında bir neçə hökumət binasını ələ keçirdiklərini xəbər verir.

Hazırda Hələb şəhərinin yarısı hökümət qüvvələrininin, yarısı isə üsyançıların nəzarətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG