Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:12

"Nabat" və “Axınla aşağı” beynəlxalq film festivallarında


"Nabat" Tripoli Beynlxalq Film festivalında mükafat alır- 15 May, 2015-ci il

"Nabat" Tripoli Beynlxalq Film festivalında mükafat alır- 15 May, 2015-ci il

-

İyulun 29-dan avqustun 9-dək Almaniyada keçiriləcək "Five lakes" beynəlxalq film festivalında Rejissor Elçin Musaoğlunun "Nabat" bədii filmi nümayiş olunacaq. Xəbəri Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Film nazirliyinin dəstəyi ilə 2014-cü ildə "Azərbaycanfilm" kinostudiyasında çəkilib. Filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

“Nabat” hərbi-vətənpərvərlik mövzusundadır. Baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov ifa edib.

Film Almaniyada ilk dəfə 63-cü Mannheym-Heydelberq film festivalının əsas müsabiqə proqramında təqdim olunub, festivalın üç mükafatına layiq görülüb.

"Nabat" oktyabrın 1-dən 11-dək Avstriyada keçiriləcək "LET'S CEE beynəlxalq film festivalında da göstəriləcək "LET'S CEE" Beynəlxalq film festivalında göstəriləcək.

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından verilən məlumata görə, həmin festivalda "Axınla aşağı" bədii filmi də yer alacaq.

"Axınla aşağı" 2014-cü ildə çəkilib. Quruluşçu rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxiadır. Rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri oynayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG