Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:09

-

Harper Lee-nin yeni romanını kim tapıb?

Harper Lee-nin “Adamaldadan quşu öldürmək” ("To Kill a Mockingbird") romanından iyirmi il sonra yazdığı “Gözətçi qoy” ("Go Set a Watchman") romanının satışa çıxmasına on gün qalıb. Belə bir vaxtda yeni xəbərlər üzə çıxıb.

89 yaşlı yazıçı bu romanı indi yox, “Adamaldadan quşu öldürmək” romanından da əvvəl yazıbmış. Uzun illər təhlükəsiz qutuda saxlanandan sonra onun necə aşkara çıxması mübahisə doğurub.

Yazıçının vəkili Tonja Carter yazılı əlyazmaya ötən avqustda köhnə sənədlərin arasında rast gəldiyini deyib. Nəşriyyat "HarperCollins" ona inanmamağa əsasları olmadığını bildirib.

“New York Times” qəzeti isə başqa bir hekayə danışır. Qəzetin yazdığına görə, yeni roman 2011-ci ildə tapılıb. Sotheby’s auksion evinin nadir kitablar üzrə mütəxəssisi əlyazmaya Lee-nin Alabama ştatındakı evində sənədləri araşdırarkən rast gəlib.

Sotheby’s mütəxəssisi Justin Caldwell-in üç il əvvəl "Lee-nin malikanəsində əvvəlki romandan fərqlənən bir əlyazma tapdığı" iddiasını təsdiqləyəcək bir nəfər ola bilərdi, - Lee-nin qoca bacısı, həmin vaxt malikanənin rəsmi sahibəsi olmuş Alice. Amma o, həmin ilin sonunda vəfat edib.

Harper Lee-nin romanının necə tapılması ətrafında şübhələr böyüməkdədir. Bunun bir səbəbi də tapıntıya görə gəlir haqqının hansı tərəfdə olmasıdır.

Dəqiq olansa budur: "Bələdçi qoy" romanı daha əvvəl yazılıb, indi işıq üzü görsə də, əslində “Adamaldadan quşu öldürmək” romanının valideynidir.

14 iyulda Harper Lee-nin yeni romanı satışa çıxacaq. Həmin gecə New York’da aktrisa Mary Badham romandan hissələr oxuyacaq. Bu aktrisa 1962-ci ildə əfsanəvi “Adamaldadan quşu öldürmək” filmində Scout rolunu oynamışdı.

Bizə isə bu xəbərin bəlkə də isti-soyuğu yoxdur, bizim üçün maraqlı xəbər odur ki, yazıçı Harper Lee indi hər iki romanının cərəyan etdiyi Alabama ştatında qocalar evində yaşayır.

Oxu zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG