Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:11

Cinayət işinin materialları baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu haqda Arif Yunusun vəkili Əfqan Məmmədov AzadlıqRadiosuna məlumat verib.

Arif Yunus və onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunus ötən ilin yayında həbs olunublar.

Leyla Yunus dövlətə xəyanət və iqtisadi cinayətlərdə ittiham olunur. Arif Yunus isə dövlətə xəyanət və dələduzluqda təqsirli bilinir.

Keçən ay istintaq onların işindəki dövlətə xəyanət maddəsini ayrıca icraata götürüb.

Beynəlxalq hüquq müdafiə təşkilatları Arif və Leyla Yunusların həbsini siyasi sifariş hesab edir, onları vicdan məhbusu sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG