Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:44

Polis Pakistanda xristianların linçinə mane olub


Pakistanda bir müddət əvvəl öldürülmüş xristian cütlük

Pakistanda bir müddət əvvəl öldürülmüş xristian cütlük

Yerli polis rəsminin sözlərinə görə, savadsız cütlük köhnə bir reklam örtüyünün üstündə yatırmış. Həmin örtükdə müxtəlif kolleclərin şüarları yazılıb.

Polis Pakistanda bir xristian cütlüyünü müsəlmanların hücumundan xilas edib. Hadisə iyulun 2-də baş verib. Həmin xristianlar guya küfrə yol verdiklərinə görə hücuma məruz qalıb.

İnsident Puncab vilayətinin Makki kəndində baş verib. Polisin müdaxiləsi belə hallarda görünməmiş davranışdır. Daha öncə hətta təsdiqlənməmiş küfr söhbətlərinə görə ölüm hadisələri baş verib.

Yerli polis rəsminin sözlərinə görə, savadsız cütlük köhnə bir reklam örtüyünün üstündə yatırmış. Həmin örtükdə müxtəlif kolleclərin şüarları yazılıb.

Şüarlar içində Qurandan bəzi kəlamlar da olub. Ruhanilər cütlüyü islamı təhqir etməkdə ittiham edib, kütlə də xristianları sürüməyə, ölümcül döyməyə başlayıb.

Polis vaxtında müdaxilə edib, ruhani həbs olunub. Xristianlar Lahorda xristian icmasına təhvil verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG