Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:37

Rusiya: “İran sazişinə az qalıb”


Nüvə danışıqlarının keçirildiyi otel

Nüvə danışıqlarının keçirildiyi otel

Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov deyib ki, İran və dünya dövlətləri nüvə razılaşmasına yaxındır

-

Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov deyib ki, İran və dünya dövlətləri nüvə razılaşmasına yaxındır.

TASS Ryabkov-un iyulun 2-də Vyanada dediklərindən sitat gətirir: “Bütün tərəflər bu fikirdədir ki, bu məsələ yaxın günlərdə həll olunacaq”.

Onun sözlərinə görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) baş direktoru Yukiya Amano-nun Tehrana səfəri danışıqlara “daha böyük aydınlıq” gətirilməsinə kömək etdi.

İran, Britaniya, Çin, Fransa, Almaniya, Rusiya və Birləşmiş Ştatlar təmsilçiləri Tehranın nüvə proqramının məhdudlaşdırılması və əvəzində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutan saziş üzərində işləyirlər. Tərəflər razılaşmanın əldə olunması üçün iyulun 7-dək vaxt qoyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG