Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:26

Bu xəbərdarlıq Transparency International təşkilatının iyulun 2-də yaydığı hesabatda yer alıb

-

Beş Şərqi Avropa ölkəsində korrupsiya ilə mübarizədə irəliləyişin olmaması demokratik uğuru əngəlləyir və Avropa Birliyi ilə daha geniş iqtisadi və siyasi əməkdaşlığa zərbə vurur. Bu xəbərdarlıq Transparency International təşkilatının iyulun 2-də yaydığı hesabatda yer alıb.

Hesabat Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada korrupsiya ilə mübarizə aparan onlarla qurumun işini dəyərləndirib. Bu ölkələr gələn 5 il ərzində AB-dən azı 16.6 milyard dollarlıq yardım alacaqlar. Hesabatda deyilir ki, bu pulun korrupsioner ciblərə gedə biləcəyi riski “qəbulolunmaz dərəcədə yüksəkdir”.

Transparency International bildirir ki, bu 5 ölkə antikorrupsiya qanunları qəbul edib, ancaq siyasi və biznes elitası ədliyyə və qanunvericiliyə təzyiq göstərir və korrupsiya da nəzarətsiz qalır.

“Siyasi motivli təqiblər və məhkəmə proseslərinə hökumət müdaxiləsi özəlliklə Ukrayna və Moldovada problemdir,” hesabatda deyilir.

Regionda media və vətəndaş cəmiyyətinin qorxudulması, qısnama, vətəndaş fəalları və jurnalistlərin saxlanması tendensiyasının Ermənistanda, xüsusilə Azərbaycanda artdığı vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG