Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:54

Azərbaycanın "5 ilə 5 dəfə artım" hədəfi


Göyçayda nar festivalı. Azərbaycanın təbii nar şirəsi Avropada satılır.

Göyçayda nar festivalı. Azərbaycanın təbii nar şirəsi Avropada satılır.

-

Azərbaycan hökuməti qarşıdakı 5 ildə qeyri-neft sektoru məhsullarının ixracını 5 dəfə artırmağı hədəfləyir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) “2015-2020-ci illər üçün xarici investisiyalar və qeyri-neft ixracın təşviqi strategiyası” sənədini hazırlayıb.

Məqsəd xaricdən “axan” investisiyalar vasitəsilə qabaqcıl texnologiyalar və təcrübəni cəlb etməklə ölkədə idxal əvəzləyici və ixracyönümlü məhsul istehsalının inkişafına nail olmaq və yeni bazarlara çıxışı təmin etməkdir.

Bunun üçün stimullaşdırıcı mexanizmlərin tətbiq olunmasını təklif edilir.

Fonda hesab edirlər ki, neftdən kənar sahələrdə ixracatın təşviq olunması üçün həm də xarici ticarət prosedurlarının sadələşdirilməsi tələb olunur.

Ölkəyə xarici inverstorların marağının artırılması üçün onlarla adət etdikləri dildə danışmaq, yəni birbaşa sərmayələri maliyyə alətlərindən istifadə etməklə cəlb etməyi təşviq etmək təklif olunur.

Bunu üçün ilk növbədə qiymətli kağızlar bazarının institusional inkişafı davam etdirilməli, maliyyə vasitəçiliyi və kollektiv investisiya sxemləri işlənib hazırlanmalı, qiymətli kağızlar bazarında tələb və təklifin artırılması üçün zəruri tədbirlər görülməlidir.

Azərbaycanın istehsal etdiyi "İstiqlal" snayper tüfəngi

Azərbaycanın istehsal etdiyi "İstiqlal" snayper tüfəngi

Xarici sərmayənin qiymətli kağızlar bazarı vasitəsilə axımını təmin etmək üçün həm də şirkətlərdə maliyyə şəffaflığı prinsiplərinin və korporativ idarəetmənin tətbiqi zəruri addımlardan olacaq.

Mütəxəssislər xarici sərmayələrin qorunmasını şərtləndirən amillərdən biri kimi ölkədə mülkiyyətin toxunulmazlığı prinsipinin, ədalət mühakiməsinin tərəfsizliyinin gözlənilməsinə də diqqət çəkirlər.

Strategiyada birbaşa xarici investisiyaların cəlb olunması üçün prioritet sahələr kimi kənd təsərrüfatı, turizm, qida məhsullarının, maşın və avadanlıqların, eləcə də elektrik avadanlıqlarının, kompüter, elektron və optik məhsulların, tikinti materiallarının və s. istehsalı dövlət tərəfindən dətəklənəcək. Prioritetlər sırasında kimya, metallurgiya, toxuculuq sənayesi, yüksək texnologiyalara əsaslanan istehsal sahələri də var.

Elm tutumlu iqtisadiyyatı inkişaf etdirmək, daha çox əlavə dəyər yaradan əczaçılıq, nanotexnologiyalar, biotexnologiyalar, İnformasiya və kommunikasiya texnologiyaları, alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı istehsal sahələri yaradılması stimullaşdırılacaq. Bu tipli sərmayələr sənaye parkları, ərazi klasterləri və sənaye məhəllələri vasitəsilə cəlv olunacaq.

Strategiya kifayət qədər ambisiyalıdır. Belə ki, onun müəllifləri güman edirlər ki, artıq 2020-ci ildə Azərbaycan biznes mühiti və iqtisadiyyatın rəqabətqabiliyyətliliyi göstəricisi üzrə 30 ən qabaqcıl ölkələr sırasına daxil olacaq. Beş ildən sonra qeyri-neft ixracı adambaşına 1000 ABŞ dollarına çatdırılacaq. 2014-cü ildə Azərbaycanın qeyri neft-qaz ixracatı təxminən 1,7 milyard ABŞ dolları təşkil etməklə bu rəqəm 180 dollar ətrafında olub.

Başqa sözlə, hökumətdə hesab edirlər ki, strategiyanın nəticəsi olaraq neft və qazdan kənar ixracat yaxın beş il də beş dəfə arta bilər.

Qeyd edək ki, Azərbaycanda qeydiyyatdan keçmiş xarici investisiyalı sahibkarlıq subyektlərinin sayı 2003-cü ildə 3252 idisə, 2013-cü ildə onların sayı iki dəfə artaraq 6523-ə çatıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG