Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:19

Rusiya ABŞ-ın yeni hərbi strategiyasını qarşıdurma kimi qiymətləndirib və bildirib ki, bu Ukrayna münaqişəsinə görə Moskva ilə pisləşmiş münasibətlərin düzəlməsinə kömək etməyəcək.

Bnu Kremlin sözçüsü Dmitry Peskov iyulun 2-də bəyan edib.

Vaşinqtonun İyulun 1-də açıqladığı sənəddə bildirilir ki, Rusiya dəfələrlə öz qonşularının suverenliyinə hörmət eləmədiyini göstərib və öz məqsədinə çatmaq üçün güc tətbiqinə hazırdır.

Sənəddə qeyd edilir ki, Rusiyanın hərbi hərəkətləri regional təhlükəsizliyi birbaşa pozur.

Pentaqon Rusiya ordusunun Ukraynanın şərqindəki iştirakı və separatçıların qiyamını dəstəklməsinə toxunur .

Moskva ittihamı rədd edir.

Rusiyanın ötən il Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki münaqişədən sonra Qərblə Rusiya arasında münasibətlər pisləşib.

Vaşinqton və Avropa Birliyi buna görə Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG