Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 21:58

Tbilisidə superkuboka bilet üstündə qırğındı


-

Azərbaycandan, xüsusən də şimal, qərb bölgələrindən Tbilisiyə oyuna baxmağa getməyə çalışanlar çoxdur.


Avqustun 11-də Tbilisidə keçiriləcək “Barselona”-“Sevilya” qarşılaşmasını stadionda canlı izləmək istəyənlərin sayı o qədər çox olub ki, biletləri onlayn satmaq cəhdi iki dəfə puça çıxıb.

Biletlərin sayı məhduddur – 24 mindir. Amma oyuna canlı baxmaq üçün onlayn növbəyə duranlar 150 min nəfər olub. Bu da bilet satışıyla məşğul olan saytda texniki problemlərə yol açıb.

Azarkeşlər bilet alışıyla bağlı problemi yoluna qoymaq üçün Gürcüstanın Futbol Federasiyası qarşısında aksiya keçiriblər.

Federasiya iyunun 30-da UEFA-nın superkubok oyunlarına biletləri kassalarda satmağa qərar verib.

“Gürcüstan tarixə UEFA-nın superkubokuna onlayn bilet sata bilməyən ölkə kimi düşəcək”.

Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinava belə deyib.

Federasiya rəhbəri deyir ki, bilet çapına bir neçə gün lazımdır. Bundan sonrasa oyuna kassadan bilet almaq istəyənlərin canlı növbəsi yaranacaq.

Qeyd edək ki, Azərbaycandan, xüsusən də şimal, qərb bölgələrindən Tbilisiyə oyuna baxmağa getməyə çalışanlar çoxdur.

Superkubok qarşılaşması Tbilisdə avqustun 11-də keçirilməlidir. Bu zaman UEFA Çempionlar Liqasının qalibi “Barselona” və Avropa Liqasının qalibi “Sevilya” qarşılaşmalıdır.

Tbilisidəki stadion54 minlikdir.

Bunun 30 mini Gürcüstandakı futbolsevərlər, qalan 24 mini isə UEFA rəsmiləri, Barcelona, Sevilla azarkeşləri üçün nəzərdə tutulub.

Tbilisi Milli Stadionu
Tbilisi Milli Stadionu

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG