Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:38

Yerevan polisi elektrik enerjisinin bahalaşmasına qarşı çıxan etirazçıları Baqramyan prospektini boşaltmağa çağırıb.

Polis rəisi Valeri Osipyan hesab edir ki, etirazçıların tələblərini bildirməsinə lazımınca vaxt verilib.

O qeyd edib ki, əgər aksiyaçılar başqa əraziyə keçməsələr, polis güc tətbiq etməli olacaq.

Ermənistanın baş prokurorluğu iyunun 23-də aksiya dağıdılarkən polisin güc tətbiq etməsinin qanuniliyi ilə bağlı istintaq aparılmasını müraciət edib.

Rəsmi məlumata görə həmin vaxt 237 aksiyaçı saxlanıb, onlardan 7-si yaralanıb, 3-ü isə xəstəxanaya düşüb.

İyulun 2-də bəlli olub ki, müstəntiqlər aksiya zamanı jurnalistlərin fəaliyyətinə imkan verilməməsi faktı ilə bağlı cinayət işi açıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG