Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:14

-

«İŞİD-in bu gün Qafqazda bir hədəfi də şiə ölkəsi olan Azərbaycandır və bunu dəfələrlə bəyan ediblər».

İranın Azərbaycandakı səfiri Mohsen Pak-Ayin apa-ya müsahibəsində belə deyib. Ancaq səfir onların Azərbaycanda uğur əldə edəcəklərinə inanmır: «Bunun səbəblərindən biri o qədər güclərinin olmamasıdır. İkinci səbəb budur ki, Azərbaycan dövləti milli təhlükəsizlik məsələsi ilə çox ciddi məşğul olur, radikalizm meyllərinin ölkədə artmasının qarşısını alır».

Səfir onu da deyib ki, «İslam dövləti» yaraqlı qrupu təbliğatda öz gücünü 5 qat şişirtməyə çalışsa da, zəifdir:

«İŞİD-ə çoxlu yardım göstərilməsinə baxmayaraq, İraqda bu terror təşkilatı o qədər də güclü deyil və demək olar ki, zəifləyib. Suriyada da öz hədəflərinə çata bilməyib. Yəməndə bunlar «əl-Qaidə» adı ilə fəaliyyət göstərirlər və burda da bir uğur əldə edə bilməyərək məğlubiyyətə düçar olublar».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG