Keçid linkləri

2017, 16 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 16:52

Əfqanıstanın Apellyasiya məhkəməsi 27 yaşlı qadın Farkhundanın qətlinə görə 4 nəfərə kəsilmiş ölüm hökmünü ləğv edib.

İyulun 1-də keçirilən prosesdə məhkəmə onlardan 3-nün cəzası 20, birininki isə 10 il həbs cəzası ilə əvəz olunub.

Əksəriyyəti cavanlardan ibarət olan kütlə martın 19-u, günün günorta çağı 27 yaşlı qızı döyərək öldürüb, sonra isə meyirini yandıraraq çaya atıb.

Onlar qızı Quranı yandırmaqda ittiham edirdi.

Amma istintaq sonradan bunun belə olmadığını müəyyən edib.

Polislər də daxil olmaqla 8 nəfər həbs cəzasına, 4 nəfər isə ölümə məhkum edilmişdi.

Bu hadisə Əfqanıstanda böyük etirazlara səbəb oldu.

Günün bütün mövzuları

XS
SM
MD
LG