Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:56

Yunanıstanın maliyyə naziri Yanis Varoufakis bildirib ki, əgər xalq iyulun 5-də keçiriləcək referendumda beynəlxalq kreditorların təkliflərinə hə desələr istefa verəcək.

O bunu iyulun 2-də Bloonberq televiziyasının suallarını cavablandırarkən deyib.

Amma nazir qeyd edib ki, o referendumdan yox qərarı gözləyir və o iyulun 6-da baş nazir Alexsis Tsiprasla qalan Avropa ilə qarşılıqlı sərfəli razılaşma üzərində işləyəcəklər.

Avrozona ölkələri maliyə nazirləri şurasının sədri Jeroen Dijsselbloem iə bildirib ki, əgər referendumda yox deyilsə, bu Yunanıstanın danışıqlarda mövqeini gücləndirməyəcək və hər iki tərəfi çətin vəziyyətdə qoyacaq.

Onun sözlərinə görə yunanların böyük əksəriyyəti avrozonada qalmağın tərəfdarıdır.

Maliyyə nazirləri referendumadək Yunanıstanla danışıqları dayandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG