Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:53

YUNESKO İslam Dövləti qrupunun mədəniyyət abidələrini dağıtmasına qarşı kampaniyaya başlayır.

Təşkilatın baş direktoru İrina Bokova bildirib ki, mədəniyyət irsinin məhv edilməsi hərbi əməliyyatlarda yeni formaya çevrilib və yeni mübarizə üsulları tələb edir.

YUNESKO-nun məlumatına görə, İslam Dövləti yaraqlıları son illərdə İrak, Suriya, Liviya və Yəməndə bir çox qədim tarixi abidələri məhv ediblər.

Yaraqlılar bu ilin yazında İraqın qədim Hatra şəhərinin qalıqlarını yerlə yeksan ediblər.

Onlar sosial şəbəkələrdə bunun videosunu da yayıblar.

YUNESKO bu həftə Hatranı təhlükədə olan ümumdünya irsi abidləri siyahısına salıb.

Yaraqlılar həmçinin İraqın qədim Himrud şəhərinin qalıqlarını yerlə yeksan edib, bundan başqa Mosul muzeyində saxlanan onlarla artefakdı məhv ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG