Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:54

Ukraynanın separatçı Donetsk rejimi vilayətdə xüsusi idarəçilik rejimi tətbiq edib, oktyabrın 18-nə isə yerli seçkilər təyin edib.

Rejimin rəhbəri Alexander Zakharchenko bildirib ki, həmin gün hələlik şəhər və rayon rəhbərləri seçiləcək.

Onun sözlərinə görə bütün bunlar Minsk razılaşması çərçivəsində həyata keçirilir.

Zakharchenko deyir ki, bu qərarların müzakirəsi və qəbulunda Ukraynanın nümayəndələri də iştirak edib.

“Donetsk və Lugansk vilayətlərinin ayrı-ayrı rayonlarında müvəqqəti yerli özünüidarəylə bağlı seçkilər Ukrayna qanunları əsasında keçiriləcək.

Bu Konstitusiya və vilayət qanunlarına zidd deyil”-deyə o vurğulayıb.

Ukrayna prezidenti Petro Poroshenko bu ərəfədə Konstitusiyaya əlavələrlə bağlı layihəni təqdim edərkən bildirmişdi ki, parlamentə təqdim ediləcək bu sənəddə Donbasa elə bir xüsusi status verilməsi nəzərdə tutulmur.

Onun sözlərinə görə, layihə bu ərazilərə 3 illik keçid dövründə qismən özünüidarə hüququ verən mövcud qanuna əsaslanır.

Ukraynanın şərqində hakimiyyətin mərkəzsizləşdirilməsi və yerli seçkilər keçirilməsi 2014-cü ilin sentyabrında Miskdə əldə edilmiş razılaşmada nəzərdə tutulur.

Seçki 2014-cü ilin dekabrında keçirilməli idi, amma separatçıların liderləri onu noyabrın əvvəllərinə təyin elədi.

Kiyev seçkinin nəticələrini tanımadı.

Günün bütün mövzuları

XS
SM
MD
LG