Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:46

PA rəsmisi seçkidə polisin rolundan danışır


Fuad Ələsgərov
Fuad Ələsgərov

-

«İnanırıq ki, polis parlament seçkiləri zamanı da vəzifəsinin öhdəsindən layiqincə gələcək».

Bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov polis işçilərinin peşə bayramına həsr olunmuş təntənəli mərasimdə deyib.

O bildirib ki, qarşıdan ölkə üçün mühüm ictimai-siyasi hadisə - növbəti parlament seçkiləri gəlir:

«İnanırıq ki, həmin dövrdə də daxili işlər orqanları öz vəzifələrinin öhdəsindən layiqincə gələcəklər. Əminik ki, daxili işlər orqanlarının şəxsi heyəti bundan sonra da cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində böyük məsuliyyət, əzm və fədakarlıqla çalışacaqlar».

PA rəsmisi Azərbaycanın Avropa Oyunları zamanı polisin işini də yüksək qiymətləndirib:

«Onlar asayişin və yarışların keçirildiyi obyektlərin qorunması, idmançıların, azarkeşlərin və digər qonaqların təhlükəsizliyinin təmin edilməsi, ölkəmizə gəlmiş dövlət və hökumət rəhbərlərinin müşayiəti və digər mühüm vəzifələri ən yüksək səviyyədə yerinə yetiriblər. Bu mötəbər tədbirin əmin-amanlıq şəraitində keçməsinə töhfələr veriblər. Deyərdim ki, biz Qərb ölkələrinə örnək ola biləcək mədəni və nəzakətli, insan hüquqlarına riayət edən və onu rəhbər tutan yeni Azərbaycan polisinin fəaliyyətini gördük».

XS
SM
MD
LG